Cari ilin yanvar-iyun aylarında “Qala Sığorta” ASC-nin sığorta haqqında artım olub.
Valyuta.az xəbər verir ki, qeyd olunan dövr ərzində sığorta şirkəti 49 milyon 912 min manat sığorta haqqı toplayıb.
Ötən ilin eyni dövründə isə sığorta şirkətinin topladığı sığorta haqqının miqdarı 47 milyon 9 min manat təşkil edib.
Nəticələrə əsasən demək olar ki, “Qala Sığorta” ASC-nin topladığı sığorta haqqında 2 milyon 903 min manat və ya 6,17% artım olub.
“Qala Sığorta” ASC-nin sığorta haqqı ilə yanaşı, sığorta ödənişlərində də artım olub.
Belə ki, sözügedən şirkət bu ilin yanvar-iyun aylarında 12 milyon 551 min manat sığorta ödənişi üçün ayırıb.
Çıxan nəticələr onu deməyə əsas verir ki, “Qala Sığorta” ASC-nin sığorta ödənişlərində 5 milyon 827 min manat və ya 86,65% artım olub.
Xatırladaq ki, ötəni ilin eyni dövründə bu sığorta şirkəti 6 milyon 724 min manat sığorta ödənişi həyata keçirib.
Sığorta haqlarında artım müşahidə olunsa da, sığorta ödənişlərinin kəskin şəkildə yüksəlməsi "Qala Sığorta" ASC-nin zərərlilik səviyyəsinin artmasına gətirib çıxarıb.
2024-cü ilin ilk 6 ayında sığorta şirkəti topladığı hər 100 manat sığorta haqqından 14,30 manat sığorta ödənişlərinə yönəldibsə, 2025-ci ilin eyni dövründə bu məbləğ 25,14 manata yüksəlib.
Sərvanə Rəmixanova