Bu gün UEFA Avropa Konfrans Liqasının 2025/2026 mövsümünün II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdəki daha bir təmsilçisi “Araz-Naxçıvan” Kiprdə “Aris”in qonağıdır.
Qeyd edək ki, tarixində ilk dəfə avrokubok həyəcanı yaşayan “Araz-Naxçıvan” “Dalğa Arena”da keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
***
11-ci dəqiqədə “Araz Naxçıvan” hesabı açıb. Çarles Boli adını tabloya yazdırıb.
***
Felipe Santos 30-cu dəqiqədə penaltidən hesabı 2:0 edir.