RU

“Araz Naxçıvan” növbəti mərhələdə! - Yenilənib+Video

Bu gün UEFA Avropa Konfrans Liqasının 2025/2026 mövsümünün II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdəki daha bir təmsilçisi “Araz-Naxçıvan” Kiprdə “Aris”in qonağıdır.

Qeyd edək ki, tarixində ilk dəfə avrokubok həyəcanı yaşayan “Araz-Naxçıvan” “Dalğa Arena”da keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. 

***

11-ci dəqiqədə “Araz Naxçıvan” hesabı açıb. Çarles Boli adını tabloya yazdırıb.

***

Felipe Santos 30-cu dəqiqədə penaltidən hesabı 2:0 edir.

***

İlk hissə “Araz-Naxçıvan”nın 2:0 hesablı üstünlüyü ilə başa çatdı.

***

İkinci hissə başladı.

***

52-ci dəqiqədə İqor Riberio qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılır. Təmsilçimiz azlıqda qalır.

***

62-ci dəqiqədə meydan sahibləri hesab arasındakı fərqi azaldır - 1:2. Fabiano fərqlənir.

***

90-cı dəqiqədə Monçunun vurduğu qolla “Aris” hesabı bərabərləşdirir.

***

Qarşılaşma 2:2 hesabı ilə başa çatdı. İki oyunun nəticəsinə görə “Araz-Naxçıvan” növbəti mərhələyə adlayır.

Избранный
66
5
qafqazinfo.az

5Источники