RU

Tramp ticarət razılaşması olmayan ölkələrə tariflərin tətbiqi ilə bağlı fərman imzalayacaq

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Vaşinqtonla ticarət müqavilələri bağlamamış ölkələrə idxal rüsumlarının tətbiqi ilə bağlı fərman imzalamaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Karolin Levit deyib.

"O, bu gün günorta, ya da bu axşam (yerli vaxtla - red.) fərman imzalayacaq. Bunun nə vaxt baş verəcəyini elan edəcəyik və sənədi mətbuat xidmətimiz dərc edəcək", - Levit aydınlıq gətirib.

Xatırladaq ki, iyulun 28-də Şotlandiyada jurnalistlərlə söhbəti zamanı Tramp Vaşinqtonla ticarət sazişi bağlamayan ölkələr üçün rüsumları 15-20 % səviyyəsində müəyyən etmək niyyətində olduğunu bildirmişdi.

Избранный
47
2
report.az

3Источники