RU

2500 illik mumiyanın üzərindəki döymələr rəssamları heyrətləndirib

Yazını böyüt
Yazını kiçilt

Sibirin Altay dağlarında tapılan 2500 illik mumiyanın üzərindəki mürəkkəb döymələr hətta müasir tatu ustalarını belə heyrətləndirəcək detalları üzə çıxarıb.

Hafta.az-ın yazdığına görə, tədqiqatçılar 19-cu əsrdə kəşf edilən və buzda saxlanılan 2500 illik mumiyanın üzərindəki döymələri araşdırmaq üçün qabaqcıl üsullardan istifadə ediblər.

Qadının bədənindəki döymələr arasında maralın başı ətrafında bəbir fiquru, digər qolunda isə aslan bədənli qrifin, qartal başı və qanadları, maral döyüşü səhnəsi var.

Tədqiqat müəyyən edib ki, döymələr vahid, aydın təsvirlər və mürəkkəb ornamentli trafaretlərdən istifadə edilməklə yaradılıb və bu, hətta müasir döymə sənətçiləri üçün də problem yaradır.

Maks Plank Geoantropologiya İnstitutundan Gino Kaspari bildirib ki, bu döymələr Pazırık xalqının mükəmməl bədii anlayışını və mədəni zənginliyini ortaya qoyur.

Tatuaj bəşər tarixində ən qədim bədən bəzək formalarından biridir. Arxeoloji tapıntılar döymənin ən azı 5 min il əvvələ aid olduğunu göstərir. 1991-ci ildə Alp dağlarında kəşf edilən və eramızdan əvvəl 3300-cü ilə aid olan "Buz adamı Ötzi"nin bədənindəki karbon əsaslı xətti döymələr ən qədim tatuaj nümunələri arasındadır. Bu döymələrin terapevtik məqsədlər üçün edildiyi barədə də fikirlər var.

Избранный
53
hafta.az

1Источники