RU

Azərbaycan qazı Suriyaya gedir: İsrail Türkiyənin gücünü etiraf etdi

Türkiyənin Suriyaya təbii qaz nəqlinə başlayacağı ilə bağlı açıqlaması İsraildə rezonans doğurub.

Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzeti bu addımı “Türkiyənin bölgədə artan gücünün göstəricisi” kimi dəyərləndirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Kilis üzərindən Hələbə qaz nəqlinin avqustun 2-də başlayacağını bildirməsi fonunda qəzet “Ərdoğan Yaxın Şərqdə təsirini artırır” başlıqlı yazı yayımlayıb.

Yazıda qeyd edilir ki, bu layihə Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılmasını nəzərdə tutur və Dəməşq-Bakı əməkdaşlığı da Ankara üzərindən həyata keçirilir.

Избранный
11
publika.az

1Источники