RU

Tramp İranı ritorikasını dəyişməyə çağırıb

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin nə demək lazım olduğunu söyləmədiyini bildirib. Donald Trampın bu bəyanatı Tehranın hələ də Vaşinqtonla növbəti məsləhətləşmələrdə iştirak etməyə hazır olduğunu açıqlamadığını nəzərdə tutur.

“İran təmsilçiləri tonunu dəyişməli olduqları halda,nəzakətsizlik nümayiş etdirirlər”,- ABŞ prezidenti vurğulayıb.

Bundan əvvəl İranın Xarici İşlər naziri Abbas Əraqçi Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Vaşinqton danışıqlar zamanı İrana zərbələr endirilməsi ilə bağlı hərəkətlərini izah etməyə və belə halın bir daha təkrar olunmayacağına zəmanət verməyə borcludur.

Əraqçi, həmçinin ABŞ-nin İrana dəymiş ziyanı ödəməsində israr edir. Bununla belə, İran XİN-in rəhbəri deyib ki, Vaşinqtonla dialoqun bərpası ehtimalı hələ də mövcuddur. Hərçənd, Tehranda çoxları Amerika diplomatiyasına inamsızlıq nümayiş etdirir.

ABŞ-nin Dövlət departamenti, öz növbəsində,Tehranın tələblərini rədd edərək, onları absurd adlandırıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
46
azvision.az

1Источники