Bu gün Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçiriləcək.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Görüş zamanı prezidentlər ikitərəfli münasibətlərin bütün spektrini - ticari-iqtisadi əlaqələri, birgə layihələrin həyata keçirilməsini müzakirə edəcək, eləcə də beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.