Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Qarabağ Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Füzuli rayon 3 nömrəli tam orta məktəbinin məzunu Əskərova Aynur Oktay qızı
686.5 bal (I qrup) toplayaraq ən yüksək nəticəni əldə edib.
Bərdə, Fizuli və Xocavənd rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Xocavənd rayon Xocavənd kənd 1 nömrəli tam orta məktəbin məzunu Bağırova Aytən Elmir qızı - 683.8 bal;
Bərdə şəhəri F.Muradov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu İsmayılova Nuray Vüsal qızı - 683 bal;
Füzuli rayonu 7 nömrəli tam orta məktəbinin məzunu Cavadzadə Rəvan Eyvaz oğlu - 681 bal;