RU

Kütahyada ard-arda iki zəlzələ baş verib

BAKI, TurkicWorld

Kütahyada ardıcıl olaraq iki zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar İdarəsi Başçılığı (AFAD) tərəfindən məlumat verilib.

Türkiyənin Kütahya şəhər bu səhər ard-arda iki zəlzələ baş verib. İlk zəlzələ yerli saatla 07:15-də, ikinci isə 07:17-də qeydə alınıb. Hər iki təkan 3,8 bal gücündə olub.

AFAD-ın məlumatında qeyd olunub ki, ilk zəlzələ 8,4 kilometr dərinlikdə baş verib. İkinci zəlzələnin dərinliyi isə 11,19 kilometr olaraq ölçülüb.

Qısa aralıqlarla baş verən təkanlar heç bir fiziki və ya maddi ziyan törətməyib. Yerli səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladığını və əlavə təhlükə olmadığını bildiriblər.

AFAD və digər müvafiq orqanlar tərəfindən vəziyyət izlənilir, hazırda təhlükəsizlik tədbirlərinə ehtiyac duyulmur.

Избранный
48
turkic.world

1Источники