RU

Moldovada şəhid övladları üçün “Qardaşlaşmış Qarabağ məktəbləri” yay düşərgəsi keçirilir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 29-dan avqustun 4-dək Moldovanın paytaxtı Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI yay düşərgəsi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan düşərgənin təşkilatçıları “CAM” Azərbaycan Moldova Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzidir.

Tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan azərbaycanlı ailələrin övladları da iştirak edirlər.

Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanın tarixi, mədəni və turizm məkanlarını ziyarət etmək imkanı qazanacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
6
azertag.az

7Источники