RU

Meyiti 11 gün sonra körpünün altında tapıldı

İyulun 20-si Yevlaxda içkili halda Kür çayında boğulan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Kür çayının Yevlax şəhərindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Bərdə sakini Sənan Əliyevin meyiti iyulun 31-i saat 23:20 radələrində tapılıb.

Meyit Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt hissəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
37
6
qafqazinfo.az

10Источники