BAKI, 1 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin şərqində irəliləyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Geolokasiya görüntüləri Ukrayna ordusunun Qulyapolun şimal-şərqində yerləşən Temirivkaya nəzarəti bərpa etdiyini göstərib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində - Dibrovanın cənubu və Limanın şərqində bir neçə istiqamətdə irəliləyişi qeydə alınıb.
Ukrayna qoşunları Velikimixaylivka istiqamətində irəliləyərək, Malivka üzərində nəzarəti bərpa edib.