RU

"Bolt" istifadəçilərinə YENİ XƏBƏR: Bu tarixdən qadın sürücü sifariş edə biləcəksiniz

Ötən il "Bolt" platforması tərəfindən sərnişinlərin tələblərə uyğun olaraq qadın sürücülərin səyahət etməsinə imkan verən xüsusi layihə elan edilsə də, sözügedən layihə reallaşmadı.

Maraqlıdır, bəs, layihə hansı səbəbdən yubanır?

News24.az məsələ ilə bağlı "Bolt" şirkətinə müraciət edib.

Şirkətdən verilən cavabda bildirilib ki, hazırda qlobal səviyyədə qadın istifadəçilər istəyə uyğun olaraq qadın sürücü sifariş edə bilirlər: "Lakin bu funksional imkan hələlik Azərbaycanda mövcud deyil".

"Bolt" qadınlara yönəlik bu xidmətin 2025-ci ilin sonuna qədər Azərbaycanda da istifadəyə veriləcəyinin planlaşdırıldığını əlavə edib. 

Şirkət həmçinin qeyd edib ki, yaxın zamanda istifadəçilər üçün yeni bir kateqoriya da istifadəyə veriləcək: "Bu kateqoriya çərçivəsində sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədilə bütün gediş marşrutları video və audio formatda qeydə alınacaq".

Xeyrənsə Piriyeva

Избранный
65
1
news24.az

2Источники