Yaponiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Yaponiyanın qəzalı vəziyyətdə olan "Fukusima-1" atom elektrik stansiyasından (AES) təmizlənmiş suyun axıdılması prosesinin bərpa olunduğu barədə məlumatlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AEBA-nın sosial şəbəkə dərc olunmuş məlumatında deyilir.
Proses avqustun 1-də bərpa edilib.
İyulun 30-da təşkilatdan bildiriblər ki, təmizlənmiş suyun dünya okeanına axıdılması təhlükəsizlik səbəbindən dayandırılıb. İyulun 30-da Kamçatkada baş verən zəlzələ Yaponiyanın Sakit okean sahilindəki AES-ə təhlükə yaratmayıb.