Ukrayna hərbçiləri Zaporojye vilayətinin şərq hissəsi istiqamətində irəliləyərək uğur qazanıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb.
Məlumata görə, geolokasiya görüntüləri Ukrayna ordusunun bu yaxınlarda Qulyaypolun şimal-şərqində yerləşən Temirovkaya nəzarəti bərpa etdiyini göstərir:
“Bundan əlavə, Ukrayna ordusunun Liman istiqamətində, yəni Limanın şərqində, Dibrovanın cənubunda bir neçə irəliləyişi qeydə alınıb. Həmçinin Velikomixaylovka istiqamətində irəliləyiş və Malıyevka üzərində nəzarət bərpa olunub”.