RU

Ulu Öndər Heydər Əliyevin strateji baxışında Azərbaycan dili: milli kimliyin sütunu və dövlət siyasətinin əsas dayağı

Bakı. Trend:

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dilinmilli-mənəvi dəyər kimi formalaşmasında mühüm mərhələni simvolizəedən əlamətdar tarixdir. Bu günün təməli, dövlət və dilmünasibətlərində köklü dəyişikliklərin əsasını qoymuş Ulu ÖndərHeydər Əliyev tərəfindən qoyulub.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, müxtəlif dillərə mənsub olaninsanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədərbilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoşahəngli olduğunu dəfələrlə qeyd ediblər: “Biz dilimizlə fəxretməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə dəhər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycandilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadəetsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dilietdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycandilini mütləq hakim dil etməliyik”.

Şübhəsiz ki, Azərbaycan xalqının milli-mədəni kimliyini ifadəedən ən əsas simvollardan biri onun dilidir. Hər bir xalqın dilionun tarixini, dünyagörüşünü, adət-ənənələrini və milli yaddaşınıyaşadan bir xəzinədir. Azərbaycan xalqı da öz dilini əsrlər boyuqoruyub, inkişaf etdirib və bu dili dövlət səviyyəsinəyüksəldib.

Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, mədəniirsini və mənəvi dəyərlərini qoruyaraq bu günə qədər gəlib çatıb.Müstəqillik dövründə isə bu dil yalnız ünsiyyət vasitəsi kimideyil, dövlətçiliyin başlıca əlamətlərindən biri kimi təsbitolunub.

Lakin xüsusilə XX əsrin 30-cu illəri Sovet İttifaqında ciddisiyasi repressiyalarla yadda qaldı. Bu dövr təkcə iqtisadi vəsosial sahədə deyil, həm də milli-mədəni dəyərlərin, xüsusilə dəana dilinin sıxışdırılması və milli kimliyin aradan qaldırılmasıistiqamətində həyata keçirilən amansız siyasətlə xarakterizəolunur. Azərbaycanda da bu siyasətin əsas hədəflərindən biriAzərbaycan dili və onu müdafiə edən ziyalılar idi. 1930-cu illərdəAzərbaycan dilinin hüquqi statusu, onun məktəblərdə və dövlətidarələrində istifadəsi ilə bağlı fikir bildirən, bu mövzuda çıxışedən ziyalılar, müəllimlər, yazıçılar “millətçi”, “pantürkist” vəya “antisovet” düşüncəli” damğası ilə repressiyalara məruzqalırdılar. Onların əksəriyyəti ya həbs edilirdi, ya da Sibirəsürgün olunurdu. Məsələn, həmin illərdə Azərbaycan ədəbiyyatının vədilçiliyinin tanınmış simalarından olan bir çox şəxslər əsassızittihamlarla ya edam olunub, ya da uzun illər sürgün həyatıyaşayıb. Hətta milli respublikaların rəhbərləri belə ana diliməsələsini açıq şəkildə gündəmə gətirməkdən çəkinirdilər. Çünki buməsələni qaldırmaq Sovet ideologiyasına qarşı çıxmaq kimiqiymətləndirilə bilərdi. Rəhbərlər öz siyasi gələcəklərini riskəatmamaq üçün ana dilinin müdafiəsi məsələsində ya susurdular, ya daonu arxa planda saxlayırdılar. Beləliklə, dövlət səviyyəsində dilsiyasəti, əsasən, rus dilinin hegemonluğu üzərində qurulmuşdu. Budövrdə ana dilinə sahib çıxmaq, onu müdafiə etmək sadəcə mədəni birtəşəbbüs deyil, ciddi siyasi risk və cəsarət tələb edən bir mövqeidi. Qorxu və təqib atmosferi cəmiyyətin dilə münasibətiniformalaşdırır, insanların ana dillərində danışmaqdan, yazmaqdan vəxüsusilə də bu dili təbliğ etməkdən çəkinməsinə səbəb olurdu. Beləbir şəraitdə Azərbaycan dili öz varlığını yalnız xalqın daxilimüqaviməti və mədəniyyəti qoruma iradəsi hesabına yaşada bildi.

Təəssüf ki, 1970-ci illərin ortalarından başlayaraq Sovetlərİttifaqında mərkəzi hakimiyyət dil məsələsini yenidən gündəməgətirdi. Həmin illərin əvvəllərindən Sovet İttifaqında millidillərin istifadəsinə qarşı olan təzyiqlər gücləndi. İlinortalarına doğru, xüsusilə 1974-cü ildə mərkəzi hakimiyyət dilməsələsini daha kəskin şəkildə gündəmə gətirdi. Bu dövrdə rusdilinin “xalqların ünsiyyət dili” kimi üstünlüyü vurğulanmağabaşladı və milli dillərin istifadəsi məhdudlaşdırıldı. 1975-ci ildəSovet rəhbərliyi rus dilinin təhsil, elm və dövlət idarələrindəistifadə edilməsini məcburi hala gətirmək üçün təlimatlaryayımladı. 1976-cı ildə isə “Beynəlxalq Dil Günü” və digərtədbirlərdə rus dilinin rolu daha da artırıldı. Bu dövrdən etibarənruslaşdırma siyasəti yeni mərhələyə qədəm qoydu. 1977-ci ilinoktyabr ayında isə qəbul edilən SSRİ Konstitusiyası isə millidillərin hüquqlarını formal olaraq tanısa da, əslində “vahid sovetxalqı” və “sovet milləti” anlayışları ilə milli identiklikləri arxaplana keçirmək məqsədi güdürdü. Bu sənəd rus dilininprioritetliyini hüquqi əsaslara bağladı və assimilyasiya siyasətinimöhkəmləndirdi. Həmin ilin Konstitusiyası “vahid sovet xalqı” və“sovet milləti” anlayışlarını hüquqi sənədə daxil etməklə milliidentiklikləri arxa plana keçirmək məqsədi daşıyırdı. Bu konsepsiyasadəcə ideoloji doktrina deyildi, o, dil siyasəti vasitəsilə həyatakeçirilən sistemli assimilyasiya prosesinə çevrildi. Rus dilinin"xalqların ünsiyyət dili" adı altında rəsmiləşdirilməsi isə busiyasətin əsas sütunlarından biri oldu. SSRİ rəhbərliyi rus dilininvahid kommunikasiyaya xidmət etdiyini iddia edərək təhsil, elm,idarəçilik, hərbi və texniki sahələrdə onun məcburi istifadəsinitəmin etməyə başladı.

Rəsmi sənədlərdə milli dillərin bərabər hüquqlu olduğugöstərilsə də, reallıqda bu belə deyildi. Azərbaycan dili təhsilsistemindən sıxışdırılır, dövlət idarələrində ikinci planakeçirilir, elmi və texniki terminologiyada istifadəsi azaldılırdı.Təbii ki, bu vəziyyət Azərbaycan da daxil olmaqla digər ittifaqrespublikalarında ciddi narahatlıq doğururdu. Bütün bu ideoloji vəsiyasi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı və ziyalıları anadilinə olan bağlılığını qoruyub saxladı. Dilin gündəlik həyatdayaşaması üçün göstərilən səylər bu assimilyasiya dalğasına qarşımənəvi sipər rolunu oynadı. Belə bir dövrdə ana dilinin qorunmasıvə rəsmi statusunun möhkəmləndirilməsi ciddi siyasi iradə və şəxsicəsarət tələb edirdi.

Məhz bu mürəkkəb və təhlükəli şəraitdə Ulu Öndər Heydər Əliyevöz xalqının milli-mənəvi dəyərlərinə, o cümlədən Azərbaycan dilinəolan sarsılmaz bağlılığını və qətiyyətli mövqeyini ortaya qoydu.1970-ci illərdən etibarən Azərbaycanın siyasi rəhbəri olaraq HeydərƏliyev dövlətin yüksək idarəetmə pilləsində bu məsələnin prioritetolmasını təmin etdi.

Nəhayət, 1978-ci ilin aprel ayında qəbul edilən Azərbaycan SSRKonstitusiyası Sovet tarixində bir ilkə imza atdı. Məhz HeydərƏliyevin təşəbbüsü, prinsipiallığı və qətiyyəti nəticəsindəKonstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir” bəndi əlavə edildi.Bu qərar yalnız hüquqi norma deyildi, Azərbaycan xalqının milliözünüdərkini, dilinə və kimliyinə sahib çıxmaq iradəsini rəsmişəkildə təsbit edən siyasi bir akt idi. Həmin ildə atılan bu tarixiaddım Azərbaycan dilinin hüquqi statusunun təməlini qoydu.Beləliklə, Heydər Əliyevin 1978-ci ildəki tarixi təşəbbüsü təkcəSovet dönəmi üçün yox, ümumilikdə Azərbaycan xalqının milliyaddaşında unudulmaz iz qoymuş siyasi və mədəni aktdır. Bu təşəbbüssayəsində Azərbaycan dili təkcə rəsmi status qazanmayıb, həm dəxalqın öz dilinə olan sevgisi, inamı və bağlılığı daha dagüclənib.

Əlbəttə ki, 1970–1980-ci illərdə milli dillərin sıxışdırıldığıbir zamanda Azərbaycan dili dövlət səviyyəsində qorunub və hüquqistatus qazanıb. Bu fakt bir daha sübut etdi ki, dil – sadəcəünsiyyət vasitəsi deyil, milli varlığın əsas dayağıdır.

Heç şübhəsiz ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişAzərbaycan Respublikası üçün dil məsələsi milli kimliyin vədövlətçiliyin əsas dayaqlarından biri idi. 1995-ci ildə qəbulolunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbitolunsa da, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi ilə bağlıayrıca normativ hüquqi aktın qəbuluna ehtiyac duyulurdu. Həmin ilinKonstitusiyası ilə müstəqil Azərbaycan Respublikasının dövlət dilikimi Azərbaycan dili bir daha təsdiq olundu. Konstitusiyanın 21-cimaddəsində dövlət dilinin Azərbaycan dili olması rəsmən təsbitedildi. Bundan başqa, 2001-ci il 18 iyun tarixində imzalanmış“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” FərmanAzərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsində dönüşnöqtəsi oldu. Bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət DilKomissiyası yaradıldı. Elə həmin il, 9 avqustda imzalanan digər birFərmanla isə 1 avqust tarixi "Azərbaycan əlifbası və Azərbaycandili günü" kimi təsis olundu.

Azərbaycan xalqının əsrlərlə formalaşdırdığı milli-mənəvidəyərlərin əsas sütunlarından biri - Azərbaycan dili, bu gün yalnızbir ünsiyyət vasitəsi deyil, həm də müstəqil dövlətimizin başlıcaatributlarından biri kimi çıxış edir. Məhz bu anlayışdan doğanməsuliyyətlə, 30 sentyabr 2002-ci ildə qəbul olunmuş “AzərbaycanRespublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilininhüquqi statusunu və tətbiq sahələrini daha da möhkəmləndirdi. Buqanun, sadəcə hüquqi sənəd deyil, milli dilin siyasi, ictimai vəmədəni səviyyədə tanınmasının rəsmiləşdirilməsi idi. QanunlaAzərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, məhkəməsistemində və təhsildə əsas dil kimi təsbit olundu. Azərbaycandilinin tətbiq dairəsinin genişləndirilməsi və qorunması dövlətinvəzifəsi kimi rəsmiləşdirildi.

Bu baxımdan da, Ulu Öndər Heydər Əliyev dil məsələsindəcəmiyyətin maarifləndirilməsi və milli kimlik məsələlərinin açıqmüzakirəsi üçün münbit zəmin yaratmağa nail oldu. Yazıçılar,alimlər, müəllimlər və mədəniyyət xadimləri dilin inkişafı vəqorunması istiqamətində fəal mövqe tutmağa başladılar. Bu prosesmilli dirçəlişin başlanğıcı oldu və xalqın öz dəyərlərinə olaninamını daha da gücləndirdi. Çünki Heydər Əliyev dil məsələsinətəkcə mədəni deyil, dövlət siyasəti səviyyəsində yanaşırdı. O, hərzaman çıxışlarında Azərbaycan dilinin zənginliyini vurğulayıb, onunşeir dili, xalqı birləşdirən vasitə, mədəniyyət daşıyıcısı vəmüstəqil dövlətin əsas atributlarından biri olduğunu qeydedirdi.

Prezident İlham Əliyevin bu sahədəki ardıcıl siyasəti sübut edirki, Azərbaycan dili nəinki qorunur, həm də inkişaf etdirilir vədünya azərbaycanlılarını birləşdirən mənəvi körpü rolunu oynayır.Bu da dövlətçiliyimizin güclənməsi və milli birliyimizinmöhkəmlənməsi üçün zəruri şərtlərdən biridir.

Prezident İlham Əliyev Azərbaycan dilinin qloballaşma vətexnologiya əsrində qorunması və inkişaf etdirilməsi istiqamətindəmühüm addımlar atıb. Prezident İlham Əliyevin təşəbbüsü vəsərəncamları ilə 2004-cü ildə “Azərbaycan dilində latın qrafikasıilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam qəbuledildi. Bu sənəd müasir dil modelinə keçidi sürətləndirdi. 2013-cüildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinəuyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair DövlətProqramı” təsdiq edilib. Bu proqramla dilin elektron məkandamövqeyinin möhkəmləndirilməsi, terminoloji problemlərin həlli vətədris sistemində dilin keyfiyyətli istifadəsi əsas hədəflər kimimüəyyənləşdirilib. 2018-ci ildə “Azərbaycan dilinin saflığınınqorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsihaqqında” Fərman imzalandı. Bu sənəd əsasında Dövlət DilKomissiyası yanında Monitorinq Mərkəzi yaradıldı və dilinistifadəsinə nəzarət funksiyası gücləndirilib.

Bütün bunların ən mühüm tərəflərindən biri də dilimizin diasporhəyatında gücləndirilməsinə xidmət etməsidir. Azərbaycan dilihazırda dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çoxazərbaycanlının milli mənsubiyyətini qoruyan əsas vasitədir.Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünüifadəehtiyaclarının təmin olunması məqsədilə hüquqi zəmanətləryaradılıb. Bu məqsədlə dövlətin məsuliyyəti müəyyən edilir vəxaricdə fəaliyyət göstərən tədris, mədəniyyət və diasportəşkilatlarının işi hüquqi cəhətdən dəstəklənir. Bu da yalnızkeçmişin ideoloji məhdudiyyətlərinə cavab olaraq deyil, həm dəgələcək nəsillər üçün dilimizin saflığının, zənginliyinin vəfunksionallığının təminatıdır.

Bu faktlar bir daha onu göstərir ki, bugünkü azad və dövlət dilistatusuna malik Azərbaycan dilinin arxasında yüzlərlə fədakarinsanın mücadiləsi və bəzən də həyatı bahasına başa gəlmişmübarizəsi dayanır. Tarixdən dərs almaq, bu dildə danışmaqlayanaşı, onu qorumaq və inkişaf etdirmək hər birimizin mənəviborcudur.

Bu gün Azərbaycan dili dövlət dili statusuna malikdir vəmüstəqil bir ölkənin simvoludur. Lakin tariximizi xatırlamaq vədilin hansı çətinliklərdən keçərək bu səviyyəyə gəlib çatdığınıanlamaq, onun gələcəyini qorumaq üçün vacibdir.

Sevil Mikayılova

Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın(IPU) Azərbaycandan vitse-prezidenti

Məqalədə:
Избранный
123
17
az.trend.az

10Источники