DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə silsilə əməliyyat tədbirləri davam etdirilir.
DİN-dən Viral.az/” target=”_blank”>Viral.az–a verilən xəbərə görə, Xəzər, Abşeron və İmişli rayonlarında keçirilən sonuncu əməliyyatlar zamanı narkokuryerlər – 56 yaşlı Kamil Hüseynzadə, 48 yaşlı Eldəniz Musayev və 44 yaşlı Rəşad İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 27 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən saxlanılan şəxslər narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.
Son Yazılar:
- Polis Bakıda əməliyyat keçirdi – 27 kq narkotik aşkarlandı
- Yeni media təsis edərkən bu cür adlardan istifadə edilə bilməz
- Media subyektləri bu halda Reyestdən çıxarılacaq
Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.