
Avqustun 1-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Akifə Bayramova bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb.
Yeniavaz.com xəbər verir ki, Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib.
Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət aldığını bildirib.