RU

TASS üçüncü dəfə məqaləsinin adını dəyişdi

Rusiyanın TASS xəbər agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc olunan xəbərə növbəti üçüncü düzəliş edib.

Yeni başlıqda “Dağlıq Qarabağ” ifadəsi “Qarabağ” ifadəsi ilə əvəz edilib. Lakin fotonun müəllifi bölməsində yenə “нагорный карабах” ifadəsi işlədilib. Kənardan baxanda bu oyunlardan elə bir təsəvvür yaranır ki, bu hərəkətlər böyük ölkənin əsas informasiya agentliyinə yox, hansısa əyalət məktəbinin divar qəzetinə məxsusdur.

Xəbərlərdə şəhərin coğrafi adı “Xankəndi” saxlansa da, xəbərin 2023-cü il antiterror əməliyyatının başlanmasına qədərki dövrə həsr olunmuş hissəsində “Stepanakert” kimi göstərilib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın TASS agentliyi xəbəri “Stepanakertdə Ayvazovskinin abidəsi sökülüb” təxribatçı başlığı ilə dərc etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi bu demarşa kəskin reaksiya verib və Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.

Avqustun 1-nə keçən gecə TASS xəbərin başlığına düzəlişlər edərək, “Stepanakert” sözünü “Dağlıq Qarabağ” sözü ilə əvəz edib.

Избранный
9
veteninfo.az

1Источники