RU

Erməni separatizminin simvoluna çevrilmiş abidə sökülməlidir

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.

ƏHD Partiyası mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, açıqlamada deyilir:

“1967-ci ildə Xankəndidə inşa olunan, erməni millətçiləri və erməni separatizminin simvoluna çevrilmiş “Biz və bizim dağlar” adlanan tikili sökülməli və onun yerində Azərbaycan əsgərinin şərəfinə möhtəşəm abidə ucaldılmalıdır.

Ümumiyyətlə erməni separatçıları tərəfindən 1988-ci ildən tikilən istənilən abidə sökülməlidir. Ona görə ki, bu cür abidələr əslində separatizmin illərlə vurduğu yaranı yenidən qanadır və müharibənin acılarını xatırladır.

Избранный
20
2
publika.az

3Источники