RU

Putin şərtlərin dəyişməz olduğunu bildirdi

Vladimir Putin İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nəticələrini ümumən müsbət qiymətləndirib.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, o, jurnalistlərlə söhbətində bildirib: 

“Mən onları ümumən müsbət qiymətləndirirəm: yüzlərlə insanın öz vətənlərinə qayıtması faktını necə müsbət qiymətləndirməmək olar”. pizza mizza

Prezident xatırladıb ki, Rusiya tərəfi humanitar səbəblərə görə minlərlə Ukrayna əsgərinin cəsədini təhvil verib və “cavab olaraq” onlarla ölü rusiya hərbçisinin cəsədini qəbul edib.

Putin danışıqların mənası olmadığını və “rejimin dəyişməsini” gözləmək lazım olduğunu deyib:

"Mən indi təfərrüatlara varmaq istəmirəm, lakin bugünkü hökumət Ukrayna Konstitusiyasına əsaslanmır. Konstitusiya açıq şəkildə pozulub".

Xatırladaq ki, iyulun 23-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu baş tutub.


Telegram kanalımız
Избранный
6
1
yenisabah.az

2Источники