RU

“Rusiya informasiya təxribatına əl atır” MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Son günlər Rusiya tərəfi tərəfindən yenidən əsassız və uydurma bir problemin gündəmə gətirilməsi fonunda Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunmaqdadır. Məlum məsələ ondan ibarətdir ki, Azərbaycana gətirilmiş Abuzovskiyə aid bir heykəl – hansı ki, Rusiya tərəfindən təqdim olunmuşdu – üzərində siyasi və mədəni manipulyasiya elementləri açıq şəkildə hiss olunur. Bu kimi halların əslində qarşılıqlı hörmət və diplomatik etiket prinsiplərinə uyğun həll edilməsi gözlənildiyi halda, məsələ informasiya şousuna çevrilmiş, mədəniyyət kontekstində süni gərginlik yaradılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Təəssüf doğuran məqamlardan biri də odur ki, Rusiya Federasiyasının rəsmi informasiya agentliyi olan TASS bu manipulyativ kampaniyada vasitəçi rolunu oynamışdır. Halbuki bu cür addımlar, iki ölkə arasındakı strateji tərəfdaşlıq ruhuna zidd olmaqla yanaşı, beynəlxalq münasibətlərdə ikili standartların tətbiqini və tarixi reallıqların təhrifini təşviq edir. Azərbaycan ictimaiyyətində geniş yer tutan bir deyimdə bildirildiyi kimi: “Əgər şüşədən olan qapının arxasında oturursansa, dəmir qapıya daş atma”.Bu müdrik fikir kontekstində Rusiyanın hazırkı ritorikası diqqətəlayiq nümunədir. Əgər Azərbaycan tərəfi eynilə Rusiya şəhərlərinin tarixi türk adlarını rəsmi sənədlərdə və informasiya agentliklərində istifadə etməyə başlasa, şübhə yoxdur ki, bu, Rusiyada ciddi narahatlıqla qarşılanacaq. Halbuki bu adların bir çoxu tarixi olaraq türk etnosuna aid olmuşdur. Eyni zamanda vurğulanmalıdır ki, Planket kimi qondarma adların tarixən süni şəkildə yaradılması, yaxud Azərbaycanın düşmənlərinə simpatiya ilə yanaşılması fonunda verilmiş yer adları, ümummilli şüura və vətənpərvərlik ruhuna ziddir. Bu baxımdan, informasiya müstəvisində aparılan təxribatların qarşısı alınmalı, mədəniyyət sahəsində qarşılıqlı hörmət prinsipləri qorunmalıdır.Azərbaycanın mədəniyyətinə və tarixi irsinə heç bir aidiyyəti olmayan şəxslər və simvollar üzərindən qurulan bu cür informativ hücumlar nə regionda sabitliyə, nə də xalqlar arasında qarşılıqlı anlaşmaya xidmət edir. Rusiya tərəfinin bu kimi addımlardan çəkinməsi, münasibətlərin sağlam və davamlı inkişafına töhfə verəcəkdir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
sesqazeti.az

2Источники