RU

Dünya reytinqinin liderləri Bakıda çempion olan yaponiyalılar

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda dünya reytinqlərində lider olan yaponiyalı cüdoçuları bir maraqlı xüsusiyyət birləşdirir. Sport24.az xəbər verir ki, bu il onların hamısı bu il Bakıdakı "Böyük Dəbilqə" turnirində qələbə qazanıb.

Dünya Cüdo Turunun ölkəmizdəki mərhələsində Ryucu Naqayama (60 kq), Takaşi Takeoka (66 kq), Tatsuki İshihara (73 kq) və Sanshiro Murao (90 kq) qızıl medallara sahib çıxıblar.

Daha sonra Naqayama, Takeoka və Murao dünya çempionu titulunu da qazanıblar.

Qeyd edək ki, Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində Yaponiya 10 qızıl, 4 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında qalib olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
sport24.az

2Источники