RU

Kreml Azərbaycanla gərginliyi artırır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan-Rusiya münasibətləri hazırda çox gərgindir. Bu gərginlik Azərbaycandan qaynaqlanmır. Gərginliyin səbəbi Rusiyanın imperiya ambisiyalarıdır”.Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi şərh edərkən deyib.O. Qasımov bildirib ki, Rusiya faktiki olaraq, keçmiş sovet respublikalarının müxtəlif coğrafiyaları ilə bərabər Güney Qafqazı da özünün arxa bağçası, təsir zonası hesab edir: “Rusiya müstəqillik əldə edən ölkələrin suverenliyini qəbul etmir, bu ölkələrə hələ də özünün müstəmləkəsi kimi baxır. Odur ki, Rusiyanın Güney Qafqaza marağı qalır və bu maraqlarını təmin etmək məqsədilə region ölkələrinə təzyiqlər göstərir”.Siyasi şərhçinin fikrincə, Rusiya Ukrayna cəbhəsində mövqeyini gücləndirsə, onun ilk hədəfi Azərbaycan ola bilər: “Bunun da səbəbləri aydındır: Azərbaycanın bölgədə yaratdığı yeni mənzərə, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, regionun aparıcı dövlətinə çevrilməsi, müstəqil siyasət yeritməsi, özünün müdafiə və təhlükəsizlik sistemini keçmiş sovet rus sistemi üzərindən deyil, müasir Qərb standartlarına uyğun inşa etməsi Rusiyanı qıcıqlandırır. Odur ki, Azərbaycan hədəf seçilməli idi və proqnozumuz təəssüflər olsun ki, doğru çıxdı”.O. Qasımov əlavə edib ki, təzyiqlərə başlamaq üçün Rusiyaya müəyyən bəhanələr lazım gəlirdi: “Bunlardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Məsələn, hələ bir il əvvəl Rusiya arzu edirdi ki, Azərbaycan dəhlizin açılmasını güc yolu ilə həll etsin və 10 noyabr razılaşmasının bəndinə əsasən, dəhlizə nəzarəti Rusiyanın həyata keçirməsini təmin etsin. Qənaətimcə, Azərbaycan bunu etmədi və dəhliz mövzusu sülh sazişinə dair müzakirələrdən kənara qoyuldu, ayrıca məsələ kimi müzakirə olunmasına qərar verildi. Bundan əlavə, Rusiya digər ölkələrlə yanaşı Azərbaycandan da tələb edirdi ki, Ukraynada işğal etdiyi əraziləri Rusiyanın tərkib hissəsi kimi tanısın. Azərbaycan bunu etmədiyindən Rusiya qəzəbli idi. Bu qəzəbini də Azərbaycanın sərnişin təyyarəsini vurmaqla göstərdi. Üstəlik, təyyarəyə görə Azərbaycan dövlətinin tələblərinə əməl edilmədi. Konkret olaraq rəsmi şəkildə üzürxahlıq etmədilər, cinayətkarlar cəzalandırılmadı, kompensasiya verilmədi. Bunun ardınca Rusiyada yeni bir anti-Azərbaycan isteriyasının başladığını müşahidə edirik. Bu gərginliyin yaxın vaxtlarda səngiyəcəyini gözləmirəm. Çünki hazırda Rusiyada neoimperalist ab-hava hökm sürür, rus şovinizmi meydan sulayır və Rusiyada islamafobiya, anti-türkçülük geniş vüsət alıb. Baxmayaraq ki, bu ölkə əhalisinin 20 faizi müsəlman türklərdən ibarətdir. Odur ki, Rusiyanın münasibəti dəyişməyəcəksə, keçmiş sovet ölkələrinə, o cümlədən Azərbaycana bərabər tərəfdaş kimi münasibət sərgiləməyəcəksə, gərginlik davam edəcək”.O. Qasımov sonda qeyd edib ki, gərginliyin daha çox ziyanı Rusiyaya dəyəcək: “Çünki Rusiyanın bu cür siyasəti Güney Qafqaz regionunda anti-Rusiya əhvalının güclənməsinə səbəb olacaq. Artıq bu proses başlayıb. Bu da regionda Rusiyanın nüfuzdan düşməsinə səbəb olacaq. Əgər Rusiyanın mövqeyində dəyişiklik olmayacaqsa, gərginlik davam edəcək. Çünki Azərbaycan da israrla haqqını tələb edir və ədalətli tərəfdir”.Y. QACARReyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
reyting.az

2Источники