RU

Sürücülük vəsiqəsi olmadan motosiklet sürdü, treylerə çırpıldı VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda motosiklet sürücüsü park vəziyyətində olan, üzərində qayıq yerləşdirilmiş treylerə çırpılıb.

Avtosfer.az xəbər verir ki, qəza zamanı başında kaska olan sürücü, məhz bu qoruyucu vasitə sayəsində sağ qalıb.

Hadisə nəticəsində yaralanan sürücünün motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı müəyyən edilib. Buna görə ona 18 min 678 türk lirəsi (təxminən 1000 manat) cərimə tətbiq olunub.

Qəzanın görüntüləri ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
avtosfer.az

1Источники