RU

Lukaşenko: Heç kim Rusiya və Belarusu diz çökdürə bilməyəcək

Rusiya və Belarusu diz çökdürmək mümkün deyil.

Operativ Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bildirib.

“Həm Rusiya, həm də Belarus bu gün çox ciddi dönüş yaradıb. Düşünürəm ki, zaman keçdikcə dünya bizim gördüyümüz işləri layiqincə qiymətləndirəcək. 2020-ci illərin əvvəllərində bunları təsəvvür etmək belə mümkün deyildi. Lakin buna baxmayaraq, biz buna nail olduq. Biz bu vəziyyəti dəyişdik, yaşayırıq və yaşayacağıq. Dünyamızda bizi heç kim diz çökdürə bilməz. Biz öz maraqlarımızı müdafiə etməkdə qərarlıyıq”, – deyə Lukaşenko vurğulayıb.

Избранный
15
operativmedia.az

1Источники