RU

“Olympus Park” şirkətinin sahibinə qarşı 2 milyonluq DƏLƏDUZLUQ

“Olympus Park” tikinti şirkətinin sahibi Rafael Qarayevə qarşı dələduzluq edilib.

XəzərNews.az xəbər verir ki, Rafael Qarayev Türkiyə səfirliyinin yaxınlığındakı torpaq sahəsini almaq istəyərkən aldadılıb.

R.Qarayev 1 milyon 890 min manatlıq dələduzluğa məruz qaldığını iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

İş adamına qarşı dələduzluqda ittiham olunan şəxsin İnam Cəfərov olduğu bildirilir.

Rafael Qarayevin şikayətindən sonra cinayət işi açılıb. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs R.Qarayevin zərərinin 1 milyon 400 min manatını geri qaytarıb. Qalan məbləğə görə tərəflər arasında razılığın olduğu bildirilir.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və ona şərti cəza verilib.

Xəbər 3 dəfə oxunub.
Избранный
15
3
xezernews.az

4Источники