RU

Kazinolar açılsa, kimlər qazanacaq?

“Azərbaycanda kazinoların fəaliyyətə başlaması ölkə büdcəsinə əlavə gəlirlərin yönəlməsinə xidmət edəcək”. Bunu iqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətə böyük vergi daxilolmaları da istisna olunmur: “Buna icazə verilməsi üçün müəyyən rüsumların tətbiqi, həmçinin lisenziyaların verilməsindən əlavə gəlirlərin əldə olunması mümkündür. Həmçinin hesab edirəm ki, kazinolar fəaliyyətə başlasa, müəyyən insanların işlə təmin olunmasına təsiri olacaq. Eyni zamanda, ölkənin hotel və turizm sektorunun fəaliyyətinin daha da böyüməsinə öz təsirini göstərə bilər ki, bu da, əlbəttə, həmin sektorun inkişafına öz faydasını vermiş olar”. Ekspert qeyd edib ki, kazinolar vasitəsilə turizm sektorlarında vergi artımı və büdcəyə əlavə daxilolmalar təşviq olunacaq: “Bu baxımdan, əlbəttə ki, kazino da bir kommersiya subyektidir. Bunun sosial tərəfləri də var. Fikrimcə, yaxşı olar ki, burada yalnız xarici vətəndaşların iştirakı təmin edilsin. Çünki belə hallar aludəçilik yaradır. Bəzi hallarda insanlar sosial problemlərlə də üzləşirlər. Amma onu da qeyd edim ki, bu gün ölkədə digər mərc oyunları fəaliyyət göstərir. Ancaq kazinolarda əsasən imkanlı şəxslər iştirak edəcəklər. Bu isə iqtisadiyyat üçün müəyyən imkanların yaranmasına səbəb olacaq. Lakin yenə də ciddi nəzarətə ehtiyac olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
24
metbuat.az

1Источники