RU

Finlandiya hələ Fələstin dövlətini tanımağa hazırlaşmır

“Finlandiya hökuməti Fələstinin dövlət kimi tanınması məsələsində iki dövlət: İsrail və Fələstin modelini irəli sürəcək”.

Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo deyib.

Baş nazirin sözlərinə görə, Finlandiya iki dövlətli modelə doğru irəliləməyə davam edəcək. Amma indiki mərhələdə hökumət Fələstini tanımaq təklifi hazırlamır:

“Tanınma yalnız bir dəfə verilə bilər və bu, həqiqətən vacib olduğu zaman edilməlidir. Sadəcə simvolik tanınma bu problemi həll etməyəcək. Bütün Qərb və Ərəb ölkələri həm Fələstin, həm də İsrail dövlətlərinin mövcudluğunu dəstəkləmək öhdəliyi götürdükdə iki dövlətli həll reallaşacaq. Bu məsələ hökumət tərəfindən prezidentlə birgə BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyası üçün hazırlanacaq”.

Asim

Избранный
19
icma.az

1Источники