RU

Rusiyanın rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması qəbuledilməzdir

Dünən Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Agentliyin rəhbərliyinin tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini birdən-birə ortaya çıxarması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addımdır. Xarici İşlər Nazirliyi və AZƏRTAC dərhal TASS-ın bu qeyri-dost davranışına reaksiya verib. Hər iki bəyanatda Rusiya tərəfinə müraciətlə vurğulanıb ki, bu ölkənin rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə edilən adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Belə hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər.

Избранный
59
2
azertag.az

3Источники