RU

Zelenski: “Putinlə istənilən vaxt görüşə hazıram”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putini şəxsi görüşə çağırıb. O, bu barədə 1 avqust 2025-ci il tarixində yayımladığı bəyanatında bildirib.

Zelenski qeyd edib ki, Ukrayna sülh danışıqlarına və liderlər səviyyəsində görüşə “istənilən vaxt” hazırdır:

“Əgər Rusiya sülh istəyirsə və müharibəni dayandırmaq niyyətindədirsə, biz birbaşa liderlər səviyyəsində dialoqa hazırıq”, – deyə dövlət başçısı vurğulayıb.

Lakin Kreml bu təklifə mənfi cavab verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Zelenskinin görüşü yalnız ekspertlər səviyyəsində ilkin razılaşmalardan sonra mümkündür:

“Prezidentlərin birbaşa görüşü yalnız tərəflər arasında sənədlər üzrə ilkin razılaşma əldə olunduqdan sonra gündəmə gələ bilər.”

Xatırladaq ki, daha əvvəl – may ayında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilmiş, lakin bu danışıqlarda liderlər iştirak etməmişdi. Həmin görüşlərdə əsasən əsir mübadiləsi məsələləri müzakirə olunmuşdu.

//Samir Qurbanov, Editor.az

Избранный
27
editor.az

1Источники