Avqustun 1-də elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Ukrayna ilə elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.