RU

Azərbaycanın avrobond bazarındakı öhdəlikləri açıqlanıb

2025-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu çərçivəsində avrobondlar üzrə öhdəliklərin həcmi 1 milyard 387 milyon ABŞ dolları və ya 2 milyard 358,4 milyon manat təşkil edib.

Finss.az bu barədə Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, avrobondların xarici dövlət borcu portfelində çəkisi 27,7 faiz səviyyəsindədir.

Qeyd edək ki, Azərbaycan ilk dəfə avrobond yerləşdirməsini 2014-cü ildə həyata keçirib. Sonrakı illərdə də bu alət vasitəsilə beynəlxalq bazarlardan borclanma davam etdirilib. Hazırda avrobondlar ölkənin xarici borc strukturunda ikinci ən böyük komponent hesab olunur.
 

Избранный
60
fins.az

1Источники