RU

Daha 3 xəstəxanaya direktorlar təyin olundu

Medicina portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunublar.

"Medicina" xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
37
icma.az

10Источники