RU

Biz istənilən an liderlər səviyyəsində danışıqlara hazırıq

ain.az, Operativ MM saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni bitirmək üçün texniki görüşmələrdən liderlər səviyyəsində danışıqlara keçilməsi çağırışını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün göstərdiyi səylərə toxunan Zelenski deyib:

“Prezident Trumpın Rusiyanın müharibəni və bütün cinayətləri dayandırmaq, şərəfli və davamlı bir sülh yaratmaq üçün göstərdiyi səyləri görür və dəstəkləyirik.  Biz istənilən an liderlər səviyyəsində danışıqlara hazırıq”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
operativmm.az

2Источники