RU

ADY rəhbərliyi ilə İctimai Şura arasında geniş tərkibli görüş keçirildi - FOTOLAR

Son günlər paytaxtın bir neçə ərazisində sürücü özbaşınalığı ən çox müşahidə olunan mənzərəyə çevrilib. Bu hallar xüsusən paytaxtın mərkəzi küçələrində artmağa başlayıb.

Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunda küçələrin piyadalaşması sürücülərin qaydaları müxtəlif formalarda pozmasına gətirib çıxarıb. Rayonun Əziz Əliyev küçəsinin artıq uzun müddətdir piyadalaşması, əraziyə avtomobillərin buraxılmaması nəqliyyat vasitələrinin idarəçilərini bu küçədə kor-koranə parklama vəziyyəti yaradıb.

Sakinlər deyir ki, artıq uzun müddətdir ki Qoşa qala qapısının yanı avtomobillərin parkinq zonasına çevrilib. Fotodan da göründüyü kimi, 77-TA-501 qeydiyyat nişanlı “KIA” və 10-SZ-525 nömrəli “Audi” markalı avtomobillər qapıların girəcəyində, qala divarlarına bitişik halda park edilib.

Sakinlər bu vəziyyətin həm velosiped zolağının istifadəçiləri, həm də piyadalar üçün təhlükə yaratdığını diqqətə çatdırıb və aidiyyəti qurumlardan yaranan problemin həllini tələb edib.

Səfər

Избранный
27
avtosfer.az

1Источники