RU

​“WhatsApp"da mesajlarla bağlı yenilik -

“WhatsApp”ın istifadəyə verdiyi istifadəçi adı funksiyasında hamının bir-birinə mesaj göndərməsinə necə mane olacağı ilə bağlı bir sıra iddialar irəli sürülmüşdü. Metbuat.az xəbər verir ki, bunun necə olacağı məlum olub. Məlumata görə, “WhatsApp” bunu istifadəçi adı parolu ilə həll edib. Yenilik “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Bildirilir ki, “WhatsApp” istifadəçi adı funksiyası ilə yanaşı parol funksiyasını da təqdim edib. Tanımadığı şəxs istifadəçiyə mesaj göndərməzdən əvvəl PIN kodu da daxil edilməlidir. Bu, hər kəsin hər kəsə mesaj göndərməsinin qarşısını alacaq.

Qeyd edək ki, “WhatsApp” istifadəçi adları ilə bağlı yenilik üzərində işləyir. Yeniliyə əsasən telefon nömrələri tələb olunmayacaq.

Избранный
46
1
metbuat.az

2Источники