RU

Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib (FOTO)

Bakı. Trend:

28 iyul-1 avqust tarixlərində Bakıda, Milli GimnastikaArenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batutgimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumatyayıb.

Bildirilib ki, Avropa Gimnastikasının təşəbbüsü və AzərbaycanGimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan butəlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çexiya, Danimarka vəİsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlərqatılıb.

Təlim-məşq toplanışının əsas məqsədi iştirakçı gimnastlarıntexniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə dəonların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər dəkeçirilib.

Təlim-məşq toplanışında Avropa Gimnastikasının batutgimnastikası üzrə texniki komitəsinin prezidenti Babette vanWetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrinnümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lucas və AdilHüseynzadə ekspert qismində çıxış ediblər.

Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı,iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizəgələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əksetdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngintarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldəediblər.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
26
12
az.trend.az

10Источники