RU

Tramp Rusiyanın müharibədə itkilərinin Ukraynanın itkilərindən 14 dəfə çox olduğunu deyib

İlin əvvəlindən Rusiya 112 mindən çox hərbçisini itirib. Bu, Ukraynadan 14 dəfə çoxdur.

Qaziler.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Trampa istinadən "Truth" sosial şəbəkəsində məlumat yayılıb.

Amerika liderinin sözlərinə görə, ona indicə məlumat verilib ki, təkcə bu ay Ukrayna ilə  müharibədə Rusiyanın 20 min əsgəri həlak olub.

"İlin əvvəlindən Rusiya 112 500 əsgər itirib. Bu, lazımsız çox sayda ölümlərdir! Bununla belə, Ukrayna da çox əziyyət çəkib. 2025-ci il yanvarın 1-dən bu yana təxminən 8 000 əsgər itirib və bu rəqəmə döyüşlərdə itkin düşənlər daxil deyil", - Tramp qeyd edib.

O əlavə edib ki, Ukrayna da mülki vətəndaşları itirib, lakin daha az sayda. Onlar Rusiyanın Kiyevə və digər şəhərlərə endirdiyi raket zərbələri nəticəsində həlak olublar.

"Bu, heç vaxt baş verməməli olan müharibədir - bu, Trampın deyil, Baydenin (ABŞ-ın 46-cı prezidenti - red.) müharibəsidir. Mən yalnız onu dayandırmağa çalışmaq üçün buradayam", - prezident əmin edib.

QAZİLER.AZ

Избранный
6
qaziler.az

1Источники