RU

Xətaidə yanan obyekdən görüntülər - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Xətai rayonunda yanan obyekt söndürülüb.

FHN-nin yaydığı xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda gücü 63 kVt olan transformatorun içərisində 3 ədəd qoruyucu açar və 3 paq.m elektirik naqili yanıb.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə,  içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.

Избранный
14
6
qafqazinfo.az

10Источники