RU

Azərbaycan Suriyanı “işıqlığa çıxardır”VİDEO

Sabahdan Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.

Xezerxeber.az xəbər verir ki, Azərbaycandan təbii qazın tədarükü sayəsində Suriya əhalisi sutkada on saat elektrik enerjisi ilə təmin olunacaq, halbuki bu gün suriyalıların evləri gündə cəmi 3-4 saat işıqlandırılır. Azərbaycan qazının tədarükü Hələb əyalətindəki elektrik stansiyasına 1200 meqavata qədər elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Suriyada elektrik enerjisi istehsalını iki dəfə artıracaq.

Siyasi şərhçi Rufiz Hafizoğlu deyir ki, Azərbaycan-Suriya əlaqələri eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasəyinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Ölkəmiz etibarlı tərəfdaş kimi tanınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
18
xezerxeber.az

1Источники