RU

Monako Qran-prisində iki pit-stopdan istifadə qaydası qüvvədə qalacaq

2026-cı il mövsümündə Formula-1 üzrə Monako Qran-prisində iki pit-stopdan istifadə olunacaq.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) qərar qəbul edib.

Yarış zamanı komandalar qarşısında ən azı iki pit-stopda istifadə tələbi qoyulub. Səbəb kimi Monako Qran-prisini daha baxımlı olması bildirilib.

Yeni qaydalar həm quru, həm də yaş trassda tətbiq olunacaq.

Qeyd edək ki, iki pit-stop builki Qran-pridə də istifadə olunub. Monakoda Lando Norris ("Maklaren") qələbəni bayram edib.

İdman.biz

Избранный
24
1
idman.biz

2Источники