RU

Yevlaxda baş verən ağır faciənin TƏFƏRRÜATLARIVİDEO

Evdən ata və qızın meyidi tapılıb.

Xezerxeber.az xəbər verir ki, dəhşətli ailə faiciəsi Yevlaxın Aran qəsəbəsində  yaşanıb...İddialara görə, Məhəbbət Bayramov ikinci evliliyində yaranan problemlərə görə depressiyada imiş.

Bir neçə gün öncə həyat yoldaşı onu tərk edib. O gündən sonra evdə yalnız 23 yaşlı birinci  qrup əlil olan qızı Səbinə ilə qalırmış.

Ata öldükdən sonra evdə tək qalan qız yeriyə bilmədiyindən qida da qəbul edə bilməyib.Qohumlarının dediyinə görə, qız atasının ölümündən bir neçə gün sonra aclıqdan ölüb.

Mərhumun qohumları deyir ki, Məhəbbət Bayramov əvvəllər uzun müddət həbsdə olub. Birinci həyat yoldaşı illər əvvəl vəfat edib.

Qız da həmin evlilikdən doğulub. Qardaşı Bakıda işləyirmiş, o hadisə baş verən vaxt evdə olmayıb. Qeyd edək ki, ata və qızın cəsədi evdə uzun müddət qaldığından, qoxu yayılıb və qonşuların şübhələnməsi nəticəsində meyitlər aşkarlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
10
2
xezerxeber.az

3Источники