Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.