
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “yüksək təxribat xarakterli” bəyanatlarına görə iki nüvə sualtı qayığının “müvafiq bölgələrdə” yerləşdirilməsinə göstəriş verib.
Yeniavaz.comxəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ liderinin sözlərinə görə, o, “bu ehtiyatsız və qızışdırıcı bəyanatların sadəcə sözlərdən ibarət olduğu ortaya çıxacağı təqdirdə” əmr verib:
“Sözlər vacibdir və çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır. Ümid edirəm ki, bu dəfə belə olmayacaq”, - Tramp yazıb.
ABŞ prezidenti konkret olaraq hansı regionlardan bəhs etdiyini açıqlamayıb.