RU

"Qalatasaray"ın yeni transfer hədəfi müəyyənləşib

Türkiyə təmsilçisi "Qalatasaray" Braziliyanın "Botafoqo" klubunda çıxış edən qapıçı Con Viktor üçün transfer yarışına qoşulub.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" 29 yaşlı qolkiperə ciddi maraq göstərən klublar arasındadır.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Bundan əlavə, "Everton" da qolkiperlə yaxından maraqlanır. Mersisayd təmsilçisi yeni mövsüm öncəsi kadr dəyişiklikləri planlaşdırır və Con Viktor adı alternativlər sırasında ön plandadır. Lakin hələlik rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, "Qalatasaray" hələlik rəsmi təkliflə çıxış etməyib.

Kamil Xudiyev

Избранный
27
fanat.az

1Источники