Husilər İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion hava limanına hipersonik ballistik raketlə zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, Təl-Əviv yaxınlığında yerləşən Ben Qurion hava limanına Fələstin-2 hipersonik ballistik raketi ilə hücum edilib və hücum uğurlu olub.