Ajans.az Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Novokuybışevskdə sənaye müəssisəsinə hücum edib. Bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişov öz Telegram kanalında məlumat verib. "Bu gün səhər saatlarında düşmən PUA-ları Novokuybışevskdə sənaye müəssisələrindən birinə hücum edib. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - Rusiya vilayətinin başçısı yazıb. Fedorişev əlavə edib ki, Samara vilayətində mobil internetə məhdudiyyətlər var və Kurumoç hava limanı da təyyarələrin gəlişi və gedişi ilə bağlı tədbirlər görüb. Ukrayna PUA-ları Penzada bir müəssisəyə də hücum edib. İki əməkdaş xəsarət alıb və onlara tibbi yardım göstərilir.