"Turan Tovuz" bu gün Türkiyədə növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Albaniyanın "Flamurtari" klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 6-dan Türkiyədə təlim-məşq toplanışı keçən "Turan Tovuz" sonuncu yoxlama qarşılaşmasını avqustun 5-də "Vidad"a (Mərakeş) qarşı keçirəcək. Bununla da toplanış başa çatacaq.